- Köhnə - Hadisə
- 19 Mart 2014 12:10
- 2 480
Qobustandakı avtoqəza ilə bağlı RƏSMİ məlumat

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 18-də saat 17 radələrində Qobustan rayonu Nərimanabad kəndinin ərazisində Ağdaş rayon sakini Rövşən Babayevin idarə etdiyi "VAZ-2105", Sumqayıt şəhər sakini Məcid Yusifovun idarə etdiyi "Mercedes" və Şəki şəhər sakini Allahverdi Abdullayevin idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.
Nəticədə R.Babayev və sərnişinləri - Bakı şəhər sakini Mirağa Hüseynov, Ağdaş rayon sakini Yaşar Hüseynov, Qobustan rayon sakini Ağanəzər Soltanov, onun oğlu Elgün və qızı Günel, habelə A.Abdullayevin sərnişini - Bakı şəhər sakini Zenfira Həbibullayeva xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada ölüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az