Azərbaycanda dəhşətli qəza: 2 ölü, 1 yaralı - YENİLƏNİB

Acıdərə yolunda 2 "Mercedes" və "Daewoo-Nexia" markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzasında iki nəfərin öldüyü, bir nəfərin isə yaralandığı məlum oldu.

Xatırladaq ki, FHN-nin xilasediciləri hadisə yerində iş aparır.


18.20

Şamaxı rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolunun 104-cü kilometrliyində baş verib. Belə ki, toqquşan maşınlardan 2-si "Mercedes", digəri isə "Daewoo-Nexia" markalı avtomobildir.

İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və xəsarət alanlar var. Lakin ölü və yaralıların sayı hələlik dəqiq bilinmir.

Xəsarət alanlar Qobustan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.

AzNews.az