Dələduzluqda ittiham olunan baş redaktor azadlıqda

Martın 18-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yazıçı-jurnalist, "Yeni Avropa" qəzetinin təsisçi və baş redaktoru Yusif Məhəmməd oğlu (Osmanlı) azad edilib.

Bu barədə musavat.com-a Y.Məhəmmədoğlu özü açıqlama verib: "Saxlanılmağım sadəcə bir anlaşılmazlıq idi və tamamilə absurd bir ittihama məruz qalmışdım. Şükür, haqq-ədalət öz yerini tapdı və mən əməlimdə heç bir cinayət tərkibi olmadığına görə azad edilmişəm. Mənim guya dələduzluq etməyim haqda yayılan xəbərlər doğru deyil. Sadəcə, ortada borc məsələsi olub, o da mənim özümə yox, yaxın bir adama alıb verdiyim borcdur, sadəcə mən ortada qalmışdım. Bu məsələ də qısa müddətdə həllini tapacaq. Mənə dəstək verən və ədalətli araşdırma aparan hər kəsə təşəkkürlərimi bildirirəm".

AzNews.az