Katz İranı məhv etməyə söz verdi: Əsla dayanmayacağıq!

ABŞ və İsrailin İrana hücumları ilə şiddətlənən Yaxın Şərqdəki müharibə yeni və gərgin bir mərhələyə qədəm qoyur. Bölgədə hərbi fəaliyyət artdıqca, İsrailin son açıqlamaları münaqişənin daha da şiddətlənəcəyini göstərir.

AzNews.az İsrailin müdafiə naziri İsrael Katz bu həftə hərbi rəsmilərlə görüşdə İrana qarşı hücumların "əhəmiyyətli dərəcədə güclənəcəyini" açıqlayıb.

İsrail mətbuatında yer alan açıqlamalara görə, Katz Təl-Əviv administrasiyasının İrana qarşı hərbi əməliyyatlarını qətiyyətlə davam etdirəcəyini bildirib və deyib: "Biz İrandakı terrorçu rejimə qarşı hücumu davam etməkdə qərarlıyıq. Onun bütün komandirlərini zərərsizləşdirəcək və strateji imkanlarını məhv edəcəyik".

İsrailin müdafiə naziri əməliyyatların son məqsədlərinə çatana qədər davam edəcəyini açıq şəkildə bildirib.

Katz deyib: "İsrailin təhlükəsizliyinə və ABŞ-ın regiondakı maraqlarına qarşı bütün təhdidlər aradan qaldırılana qədər dayanmayacağıq".

AzNews.az