- Fanat
- 00:53
- 2 361
Nəriman Axundzadə ABŞ-da ilk oyununa çıxdı
Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debüt edib.
Trend xəbər verir ki, 21 yaşlı futbolçu müntəzəm mövsümün 5-ci turu çərçivəsində "Toronto"ya qarşı keçirilən oyunun 88-ci dəqiqəsində meydana daxil olub.
Görüş "Toronto"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qış fasiləsində "Qarabağ" klubundan "Kolambus Kryu"ya transfer olunan Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.