- Köhnə - Hadisə
- 31 Mart 2014 14:15
- 5 916
Nazirliyin torpağını zəbt etdilər- Fotolar
Nazirliyin facebook səhifəsində verilən məlumata görə, kollecin əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanunazidd əməllərinin qarşısını almaq mümkün olmayıb.
Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.
Təlim–tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.
AzNews.az