İlham Mirzəyev niyə həbs olundu? – Təfərrüat

Tanınmış teleaparıcı İlham Mirzəyevin həbsinin təfərrüatları bəlli olub.
Teleaparıcının yaxın dostlarından biri AzNews.az-a bildirib ki, İlham Mirzəyevin həbsi artıq neçə müddətdir aralarında münaqişə olan dayısı qızı Aysel Əliyevanın keçmiş həyat yoldaşı Asif Əliyevlə bağlıdır: "Sırağagün məhkəmədə prokuror Asif Əliyevə 5 il iş istədi. Məhkəmə prosesi təxirə düşsün deyə, gecə ilə onu şərləyib həbs etdiriblər. Şəxsən biz çox böyük ehtimalla belə olduğun düşünürük".

Xatırladaq ki, İ. Mirzəyevin dayısı qızı Aysel Əliyeva bir müddət Asif Əliyevlə birgə nikahda olub. A. Əliyevanın sözlərinə görə, ailə həyatı zamanı daim keçmiş əri tərəfindən təzyiqə məruz qalıb. Sonda isə onlar boşanıb. İzdivacın sona çatmasında isə qarşı tərəf, yəni Asif Əliyevin ailəsi İlham Mirzəyevi ittiham edib. Hazırda isə Asif Əliyevin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi qaldırılıb və proses məhkəmə mərhələsindədir.

Onu da qeyd edək ki, bəzi məlumatlarda İ. Mirzəyevin ona məxsus "İlhammed" klinikasının fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanıldığı da bildirilir.

İntiqam Valehoğlu
AzNews.az