“Azəriqaz“ın sahə rəisi işdən qovuldu- dələduzluğa görə

Tərtər rayon QİS-nin rəisi sayğacdan kənar qazdan istifadə etdiyinə görə işdən çıxarılıb.

Anspress bildirir ki, bu barədə "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Azər Ağayev məlumat verib.

O bildirib ki, Tərtər rayon QİS-nin rəisi Bakir Qurbanov "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun 10 aprel tarixli əmri ilə işdən azad olunub.

Rəisin vəzifəsindən azad olunmasına səbəb işdə yol verdiyi nöqsanlardır. Belə ki, Bakir Qurbanov sayğacdan kənar qazdan istifadə edib.

AzNews.az