- Köhnə - Hadisə
- 21 May 2014 14:00
- 4 979
Polis 6 yaşlı uşağın ölümünə səbəb oldu – Faciə

AzNews.az hadisənin təfərrüatını araşdırıb.
Məlum olub ki, maşınla uşağı vuran şəxs Tərtər rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Əliyev Məhəmməd Zakir oğludur. Polis şöbəsinin müstəntiqi Elvin Kərimov faktı təsdiqləyib: "Vəfat edən uşaq 2008-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyevdir. O, qəflətən babasının əlindən buraxılaraq avtomobilin qarşısına çıxıb və hadisə nəticəsində yerindəcə dünyasını dəyişib. Uşağı vuran avtomobili isə Tərtər rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Əliyev Məhəmməd Zakir oğlu olub".
Qeyd edək ki, hadisənin baş vermə səbəblərini Tərtər Rayon Prokurorluğu araşdırır.
İntiqam Valehoğlu
AzNews.az