Elşad Abdullayev İnterpol axtarışına verildi

Keçən il orqan mafiası ilə əlaqədar açılmış cinayət işi üzrə ittiham hədəfi olan ABU-nun hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev barəsində İnterpolun qırmızı bülleteni ilə axtarış elan olunub.

Xatırladaq ki, Elşad Abdullayev buna qədər interpol vasitəsilə axtarışa vverilsə də, onun sərbəst hərəkəti ilə bağlı heç bir problemi yaranmamışdı. İndi isə dia.az-a daxil olan son informasiyalarda bildirilir ki. Elşad Abdullayev barəsində qırmızı bülletenlə axtarış elan edilib.

Bu da ki, keçmiş rektorun yaxın günlərdə həbs olunaraq Azərbaycana gətirilmə ehtimallarını yüksəldir.