- Köhnə - Hadisə
- 26 İyul 2014 10:47
- 2 139
Azərbaycan meşələrindəki yanğınlar söndürüldü
Əlavə məlumat veriləcək.
Qeyd eədk ki, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə zolağı ərazisində təxminən 50 ha sahədə müxtəlif növ ağaclar (palıd, dəmirağac, kol-kos) olan ərazidə yanğın olub.
Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 nəfər yanğınsöndürəni, 100 nəfər MM əsgərləri, Aviasiya Dəstəsindən 1 ədəd helekopter, 1 ədəd təyyarə, 200 meşə təsərrüfatı işçiləri və tırtıllı traktorlar cəlb edilmişdi.
Lənkəran da isə Hirkan Milli Parkının ərazisində 20 ha sahədə meşə zolağı və dağlıq ərazidə də kol-kos yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 75 nəfər yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 ədəd helekopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb edilmışdı.
AzNews.az