Qırıcılar havaya qalxdı

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr səmaya qalxıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr cəbhə xətti boyunca uçmağa başlayıblar.

Hərbi helikopterlərimizin də həmin ərazidə havaya qalxdığı bildirilir. Bu faktı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiq edib.

Verilən xəbərə görə, Hərbi Hava Qüvvələrimizin aviasiyası döyüş planına uyğun olaraq cəbhə xəttində uçuşlar həyata keçirilir.

AzNews.az