Qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarının sakinləri iştirak edib Qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarının sakinləri iştirak edib

Sədr pensiyaçılarla görüşdü

Qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarının sakinləri iştirak edib


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev İsmayılıda 5 rayonun sakinləri üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, sədr sentyabrın 17-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində 5 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılarla görüşüb.

DSMF sədrinin qəbuluna gələn İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarının sakinləri əsasən pensiya təyinatı, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.

Qeyd edək ki, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.


AzNews.az
image description image description