Prezidentin evinin yanındakı fonddan - Fotoreportaj

Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu yeni ofislə təmin olunub. Ağasadıq Gəraybəyli küçəsində yerləşən bu ofisdə bir neçə saatlıq qonaq olduq – Ceyhun Musaoğlu dəvət etmişdi.

Elə getmişkən, yeni yaradılmış qurumun ofisindəki şəraiti fotokameranın yaddaşına köçürməyi artıq bilmədik.


Ofisdə başını qaşıyan bir nəfər belə qarşımıza çıxmadı. Baş qarışmışdı məktəbləri qardaşlaşdırmağa... Layihənin birinci mərhələsi başa çatmışdı deyə hamı gərginlik içində idi. 4 nömrəli otaqda isə daha "ağır" vəziyyət hökm sürürdü... İnformasiya təminatı sektorunun əməkdaşları layihə barədə xəbər hazırlayır, saytlarda, qəzetlərdə bir gün əvvəl yaydıqları xəbərləri axtarır və bu informasiyalarla qarşılaşdıqca, "Maşallah, hamı bizdən yazır" deyib qürurlanırdılar... Sektorun müdiri Xatirə Hüseynova göstərişlərini verir, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirirdi.

Yeri gəlmişkən, deyəsən otağın 4 nömrəli olması da təsadüfi deyil. Jurnalistlər elə 4-cüdürlər axı... Sagolsunlar, qardaşlaşdırma layihəsinə baş qarışsa da qonağa diqqət ayırmağı unutmadılar - qardaş kimi qarşılayıb, qardaş kimi də yola saldılar!

Ofisin yerləşdiyi ərazi də diqqətimizdən yayınmadı. Fondun özü Prezidentin yanında olduğu kimi, ofisi də Prezidentin evinin yanındadır - qonşuluqda!

Qeyd:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. İcraçı direktoru Oktay Səmədovdur.


Azerfax.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description