Bir vaxtlar az qala Cəlilabadın simvoluna çevrilmiş nəhəng karusel uzun müddətdən bəridir ki, fəaliyyət göstərmir. Bir vaxtlar az qala Cəlilabadın simvoluna çevrilmiş nəhəng karusel uzun müddətdən bəridir ki, fəaliyyət göstərmir.

Nəhəng karusel niyə işləmir? - VİDEO

Bir vaxtlar az qala Cəlilabadın simvoluna çevrilmiş nəhəng karusel uzun müddətdən bəridir ki, fəaliyyət göstərmir.


AzNews.az xəbər verir ki, bura azyaşlı uşaqların əylənməsi üçün nəzərdə tutulsa da, hazırda ərazidə kol-kosluqdan savayı heç nə yoxdur. 1981-ci ildə inşa olunaraq istifadəyə verilmiş karuselin Cəlilabad rayonunun ən yüksək hissəsində tikilməsi də təsadüfi seçilməyib. Ərazi Ələt-Astara magistralına yaxın yerdən, eləcə də rayonun mərkəz hissəsindən aydın görünməsi karuselin şöhrətinin bütün Cənub bölgəsində yayılması nəzərdə tutulmuşdu. Az müddətdə hündür təpədə fəaliyyətə başlayan karusel uşaqların əsas əyləncə mərkəzinə çevrildi. Cəlilabada gələn qonaqlar üçün isə bu nəhəng əyləncə mərkəzi az qala mayak rolunu oynayırdı, amma bu məkanın ömrü 10 ilə yaxın sürdü. 90-cı illərin əvvəllərində baxımsızlıq ucbatından karuselin fəaliyyəti dayandırıldı. İndi kiçik yaşlı uşaqların əylənməsi üçün parklarda müxtəlif mini əyləncə məkanları yaradılsa da, bunlar heç də uşaqların karusel arzusunu əvəz etmir. Cəlilabad rayon icra hakimiyyətindən karuselin qapılarının bağlı olması ilə bağlı bildirildi ki, əyləncə mərkəzi hazırda istifadəyə yaralı haldadır. Lakin atraksion və ərazi bir müddət əvvəl özəlləşdirildiyindən onu işlək hala gətirilməsi də elə onun sahibinin ixtiyarındadır, amma uşaq əyləncə mərkəzinin ixtiyar sahibi müəyyən iş adamı olsa da gələcəyimiz olan uşaqların asudə vaxtlarının maraqlı və rəngarəng keçməsi üçün düşünməyə dəyər ki, uşaqların arzuları ürəyində qalmasın.