“Mən heç bir yerdə belə bir məlumat verməmişəm ki, aparıcı İlham Mirzəyev azadlığa buraxıla bilər”. “Mən heç bir yerdə belə bir məlumat verməmişəm ki, aparıcı İlham Mirzəyev azadlığa buraxıla bilər”.

İlham Mirzəyevin buraxılması informasiyası yalan çıxdı

“Mən heç bir yerdə belə bir məlumat verməmişəm ki, aparıcı İlham Mirzəyev azadlığa buraxıla bilər”.



Bunu AzNews.az-a açıqlamasında məşhur aparıcı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə deyib. O bildirib ki, İlham Mirzəyevin buraxılmasıyla bağlı vəsatət qaldırmayıblar: "Vallah mən belə bir söz deməmişəm. Mən demişəm ki, İlham Mirzəyev ona ittiham olunan cinayət işində özünü müqəssir bilmir. Ona ittiham olunan işlər mülkü xarakterlidir. Biz məhkəmədə də vəsatət vermişik ki, bu cinayət işinə xitam verilsin. Mən demirəm ki, onu buraxsınlar. Bu, məhkəmənin səlahiyyətinə aid bir məsələdir. Mən vəkiləm, hakim deyiləm. Mən şou yaratmaq istəmirəm. Bunlarsa İlham Mirzəyevin işini şouya çeviriblər. Bu iş mülkü xarakter olduğundan orada cinayət işi yoxdur".



Bahar RÜSTƏMLİ
AzNews.az