Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.

İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.



AzNews.az xəbər verir ki, görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.
Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan "Formula-1" yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib, bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.


AzNews.az