- Köhnə - Hadisə
- 20 Oktyabr 2014 09:35
- 1 443
25 yaşlı gənci kafedə bıçaqladılar
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 19-da Z.Bünyadov prospektində yerləşən kafedə qeydə alınıb. Naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.