İstirahət günü Azərbaycanda hava yağıntılı olacaq. İstirahət günü Azərbaycanda hava yağıntılı olacaq.

Sabaha olan hava proqnozu

İstirahət günü Azərbaycanda hava yağıntılı olacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az bildiriblər ki, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacaq.

Cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı proqnozlaşdırılır.


AzNews.az