- Köhnə - Hadisə
- 16 Dekabr 2014 17:21
- 5 849
Azərbaycanlıya Avropa Şurasında vəzifə verildi - FOTO
Məlum olduğu kimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) 10-12 dekabr 2014-cü il tarixlərində 24-cü plenar iclası zamanı yeni dönəm üçün CEPEJ-in Prezidentinin, vitse-prezidentin və Büro üzvlərinin seçkisi keçirilib.
AzNews.az-ın Avropa Şurasının rəsmi internet səhifəsindən əldə etdiyi məlumata görə, Azərbaycanın nümayəndəsi Ramin Qurbanov CEPEJ-in Bürosuna üzv seçilib. Məlumat üçün bildirək ki, CEPEJ 47 ölkənin üzv olduğu, strukturunda ali idarə etmə orqani olan Prezident, vitse-prezident, iki Büro üzvündən, həmçinin yoxlama qruplarından ibarət olan Avropa Şurasının Komissiyasıdır.
AzNews.az