"Azərbaycan Kredit Bankı" ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub. "Azərbaycan Kredit Bankı" ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub.

Daha bir bankın rəhbərliyi dəyişdirildi

"Azərbaycan Kredit Bankı" ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub.



AzNews.az xəbər verir ki, bunu Trend-ə bankdan bildiriblər.

Bankdan bildiriblər ki, dekabrın 15-də baş tutan bankın səhmdarlarının yığıncağında Emil Rzayev Müşahidə Şurasının yeni rəhbəri təyin edilib.

E.Rzayev daha əvvəl Bank BTB-nin İdarə Heyətinin sədri olub.

Bankdan qeyd ediblər ki, o bu vəzifədə bankın MŞ sədrinin vəzifəsini icra edən Şirxan Abbasovu əvəzləyib. Ş.Abbasov MŞ-nin əvvəlki rəhbəri getdikdən sonra 2012-ci il oktyabrın 1-dən bu vəzifəni tutub.

Ş.Abbasov, həmçinin bankın iri səhmdarıdır. O, aksiyaların 36,64 faizinə sahibdir.

Digər səhmdarlar Nazim Abbasov (35,56 faiz) və Cəmilə Abbasovadır (27,8 faiz).