- Köhnə - Hadisə
- 20 Dekabr 2014 09:24
- 11 294
Millət vəkilinə ağır itki - Nurəngiz Gün vəfat etdi
Millət vəkili Jalə Əliyevanın anası, tanınmış şairə Nurəngiz Gün bu gecə dünyasını dəyişib.
Bu barədə AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin rəsmisi Rauf Aslanov məlumat verib. Onun sözlərinə görə, N.Gün sabah dəfn olunacaq: "Şairə yaşadığı evdən götürüləcək".
Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.
Allah rəhmət eləsin!
Bahar RÜSTƏMLİ
AzNews.az