Azərbaycanın müxtəlif rayonlarında ötən gecə bir neçə ev yanıb. Azərbaycanın müxtəlif rayonlarında ötən gecə bir neçə ev yanıb.

Azərbaycanda bir neçə ev yandı

Azərbaycanın müxtəlif rayonlarında ötən gecə bir neçə ev yanıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı taxta konstruksiyadan ibarət bağ evinin yanar konstruksiyaları yanıb.


Sabirabad rayon mərkəzindən 7 km aralıda yerləşən Bulaqlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanıb.

Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 24 kv.m olan mətbəxin yanar konstruksiyaları 5 kv.m sahədə və paltaryuyan maşın yanıb.

Cəlilabad rayonunun Göytəpə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 384 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 8 kv.m və digər otağın döşəməsi 6 kv.m sahədə yanıb.

Bütün yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.