Şamaxıda faciə: ev yandı, ölən var

Şamaxı şəhərində yanğın hadisəsi baş verib.


Aznews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.