- Köhnə - Hadisə
- 23 Aprel 2015 10:46
- 3 741
ATV-nin maşınıyla vurulan piyadanın kimliyi bəlli oldu - YENİLƏNİB
“ATV teleşirkətinə məxsus avtomobilin vurduğu şərnişin reanimasiyadadır”.
Bu barədə Axar.az-a 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat veriblər.
Xəstəxanadan verilən məlumata görə, kanal avtomobilinin vurduğu piyada Hövsan qəsəbə sakini 1983-cü il təvəllüdlü Abdullayev Elnur Abuzər oğludur.
Hazırda xəstənin durumu orta-ağır qiymətləndirilir, reanimasiyadadır.
***
09:28
ATV telekanalının avtomobili ilə piyada vurulub.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı Musavat.com-a 3 saylı Şəhər Kliniki Xəstəxanasından veriblər.
Məlumata görə, hadisə bir qədər əvvəl Yeni Günəşli qəsəbəsində baş verib. ATV teleşirkətinə məxsus "Ford" markalı avtomobilin qarşısına qəfildən piyada çıxıb. Sürücü idarəetməni itirib və piyadanı vurub. Müxtəlif dərəcəli sınıq xəsarətləri alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb.