- Köhnə - Hadisə
- 4 May 2015 21:08
- 3 782
İşdən çıxarılan rəisin şirkəti də cərimələnibmiş- 481 min manat
Bu gün ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov haqda daha bir xəbər yayılıb.
AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, Rəşad Məmmədovun sahibi olduğu "Azİmport" şirkəti də yüksək məbləğdə cərimələnib.
Belə ki, məhkəmədə "Azİmport"un tanınmış vəkil Ramiz Zeynalovun şəxsi əmlakını (kafe və torpaq sahəsi) zəbt edərək mənimsəməsi ilə bağlı iddiaya baxılıb.
Apelyasiya Məhkəməsi R.Zeynalovun ərizəsi əsasında qərar qəbul edib. Hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə "Azİmport" şirkətinin əməlləri qanunsuz sayılıb və şirkətin vəkilə 481 min manat kompensasiya ödəməsinə dair qətnamə çıxarılıb.