- Köhnə - Hadisə
- 22 May 2015 09:44
- 3 064
Yasamalda da “penoplast” söküntüsünə başlanıldı - FOTO
Yasamal rayonu ərazisində də yaşayış binalarına vurulan “penoplast” üzlüklərin sökülməsinə başlanılıb.
AzNews.az xəbər verir ki, söküntü işlərinə Yasamal rayonunun "Mətbuat" prospektində "Azərbaycan" nəşriyyatı ilə üzbəüz olan binada start verilib.Artıq üzlüklər aşağıdan yuxarıya doğru sökülür.
Söküntü yerinə böyük fəhlə biriqadası gətirilib. Bundan əlavə, polis əməkdaşları və Yasamal rayon icra hakimiyyətinin nümayəndələri də ərazidə söküntü işlərinə nəzarət edir.
Qeyd edək ki, adı çəkilən binaya "penoplast" üzlük bir neçə ay öncə vurulmuşdu.
Bahar RÜSTƏMLİ
AzNews.az