Bu gecə Azərbaycanda 2 ev yanıb. İlk yanğın hadisəsi Kürdəmir rayon mərkəzindən 35 km aralıda yerləşən Sığırlı kəndində qeydə alınıb. Bu gecə Azərbaycanda 2 ev yanıb. İlk yanğın hadisəsi Kürdəmir rayon mərkəzindən 35 km aralıda yerləşən Sığırlı kəndində qeydə alınıb.

Bu gecə Azərbaycanda 2 ev yandı

Bu gecə Azərbaycanda 2 ev yanıb. İlk yanğın hadisəsi Kürdəmir rayon mərkəzindən 35 km aralıda yerləşən Sığırlı kəndində qeydə alınıb.


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 64 kv.m sahədə, 1 otağı və mətbəxi 49 kv.m sahədə və ev əşyaları qismən yanıb.

İkinci yanğın isə Masallı rayon mərkəzindən 11 km aralıda yerləşən Tatyanoba kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin hamamında paltaryuyan maşın və 8 kv.m sahədə tavan yanıb.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.