- Köhnə - Hadisə
- 12 İyun 2015 13:21
- 5 372
Xırdalanda ticarət obyekti yandı – 1 nəfər xəsarət aldı
Abşeron rayonunun Xırdalan şəhərində vətandaşlara məxsus bir dam alında tikilmiş birmərtəbəli, mansard tipli, ümumi sahəsi 100 kv.m olan ticarət obyektində yanğın olub.
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, sahəsi 70 kv.m olan kafenin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə, ümumi sahəsi 30 kv.m olan plastik qapı-pəncərə sexinin yanar konstruksiyaları, sahibi məlum olmayan ümumi sahəsi 30 kv.m olan ev alqı-satqısı ofisinin tavanı 6 kv.m sahədə və ümumi binanın mansardı 100 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Ticarət obyektinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.