Xaçmazda zavod yanır

Xaçmazda yanğın başlayıb.


AzNews.az ans press-ə istinadən xəbər verir ki, hadisə bu gün günorta 14:20-də Xaçmazda yerləşən və fəaliyyətini uzun illər əvvəl dayandırmış konserv zavodunda baş verib.

Zavodun ərazindəki hektarla ərazidəki quru ot və kol-kosdan başlayan yanğın köhnə tikililərə də keçib.

Yanğını söndürmək üşün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə İdarəsinin 2 maşını cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğınsöndürənlərin işini asanlaşdırmaq üçün hadisə yerinə Azərişıq ASC-nin işçiləri cəlb edilib. Onlar əraziyə gələn elektrik xətlərini kəsiblər.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.