- Köhnə - Hadisə
- 31 İyul 2015 22:52
- 7 783
Tacir Şahmalıoğlunun qardaşı dənizdə batdı - Video (Yeniləndi)

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batmış qardaşı Mahir Allahverdiyevin axtarışları davam edir.
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Belə ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.
Hazırda xilasedicilər M.Allahverdiyevin axtarışlarını davam etdirir. Onun ailə üzvləri çimərliyə gələrək məlumat gözləyirlər.
***
18:19
Azərbaycanda tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb.
AzNews.az xəbər verir ki, bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib. Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyində batıb: "Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Qardaşımı tapmaq hələlik mümkün olmayıb".