Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə: “Ölən və yaralananlar var“

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib



Bakı-Qazax yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə bu gün saat 11.30 radələrində qeydə alınıb. "Mercedes 190" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan 14-15 yaşlı, kimliyi hələ bəlli olmayan Ucar rayon sakini hadisə yerində dünyasını dəyişib.

Ucar sakini, 1990-cı il təvəllüdlü Aşurov Əli Nəriman oğlu və onun həmyaşıdı Bakı sakini Məmmədov Tofiq Mikayıl oğlu xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

AzNews.az