- Köhnə - Hadisə
- 21 Avqust 2015 18:30
- 2 857
Şirvanda ev yandı

Şirvanda üçotaqlı ev içindəki əşyalarla birlikdə yanıb.
AzNews.az Fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 59 kv.m olan birmərtəbəli mənzil yanıb.
3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Səhər saatlarında başlayan güclü yanğın yaxınlıqdakə digər mənzillərə də keçmədən saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hədisə nəticəsində ölən və yaralanan olmayıb.