Türkiyədəki mənbələrdən “Olaylar”a ilginc məlumat daxil olub. Türkiyədəki mənbələrdən “Olaylar”a ilginc məlumat daxil olub.

“Azercell” PKK-nı necə qoruyur? - Şok iddia

Türkiyədəki mənbələrdən “Olaylar”a ilginc məlumat daxil olub.


Məlumatda Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatı üzvlərinin biri-birləri ilə telefon əlaqələri üçün Azərbaycanın ən böyük mobil operatoru "Azercell"in xidmətindən istifadə etdikləri bildirilir.

"PKK-çıların "Azercell" nömrələrindən istifadə etmələri təsadüfi deyil. Türkiyədəki terror təşkilatları və üzvləri üzərində nəzarəti gücləndirən Milli İstihbarat təşkilatı (MİT) onların telefonlarını da dinləyir. Dəfələrlə belə dinləmələrlə PKK-nın Diyarbəkir, Şırnak, Van, Ağrı, Batman və digər kürd bölgələrində həyata keçirmək istədikləri terror planlarının qarşısını alıb. "Azercell"dən istifadə etməklə PKK üzvləri MİT-dən öz planlarını gizləməyə çalışırlar. Çünki, MİT xarici mobil operatorları dinləyə bilmir ki, bu da PKK-ya əlavə üstünlük qazandırır", – deyə mənbə qeyd edib.