Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb. Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.

Polis zabiti qəzada öldü

Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus "Opel Omega" avtomobili ilə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.