“Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir”. “Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir”.

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın baş vermə səbəbləri – Ekspert

“Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir”.



AzNews.az xəbər verir ki, bu sözləri yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bu gün Bakı-Sumqayıt yolunda baş vermiş ağır qəzaya münasibət bildirərkən deyib. Ekspert belə dəhşətli hadisələrdə sürücülərin günahkar olduğunu bildirib: "Bu gün Ceyranbatan yaxınlığında baş verən qəzanın təfərrüatları tam aydın olmasa da, burada ən azı 3 çox ciddi təhlükənin rolu var:

1. Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşənə bənzər mikroavtobusların əksər sürücüləri o yolda insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri edirlər. Onların əksəriyyəti "Şumaher"dir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər.

2. Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir, üstəlik bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq.

3. Ölkəmizin yollarının kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı "QORUMAQ" olan metal sədlər real ölüm təhlükəsi doğurur, çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var".

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Onlar Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb. Yaralıların vəziyyəti ağırdır.

Sevinc Yasinqızı
AzNews.az