Akademik Tofiq Hacıyevin məzuniyyət vaxtı yazdığı istefa ərizəsini geri götürərək sentyabrın 4 - dən işə çıxması AMEA rəhbərliyini narazı salıb. Akademik Tofiq Hacıyevin məzuniyyət vaxtı yazdığı istefa ərizəsini geri götürərək sentyabrın 4 - dən işə çıxması AMEA rəhbərliyini narazı salıb.

Dilçilik institunda direktorluq savaşı - Tofiq Hacıyevdən açıqlama

Akademik Tofiq Hacıyevin məzuniyyət vaxtı yazdığı istefa ərizəsini geri götürərək sentyabrın 4 - dən işə çıxması AMEA rəhbərliyini narazı salıb.

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları görkəmli alimin işə qayıtmasına ədalətin bərpası kimi baxsalar da AMEA rəhbərliyi direktora qarşı açıq anlaşılmazlıq nümayiş etdirir, bir növ boykot siyasəti aparır. İşlərin müvəqqəti tapşırıldığı Möhsün Nağısoylu da hər gün instituta gəlib-gedir, dirəniş göstərərək institutun möhürünü və seyf açarlarını sahibinə qaytarmaqdan imtina edir. Bir sözlə, institutda narahatlıq və xoşagəlməz atmosfer yaranıb.

"İşdən çıxmaq ərizəsi yazıb sonra onu geri götürmək kənardan qeyri-məqbul hərəkət kimi görünə bilər, amma burada işin mahiyyəti xeyli mürəkkəbdir. Mənim üçün "başlanmış işləri yarıda qoyub meydanı tərk etdi" ittihamını eşitmək mənəvi cəhətdən çox ağırdır".

AzNews.az xəbər verir ki, bunu moderator.az -a açıqlamasında akdemik Tofiq Hacıyev deyib. O, əlavə edib ki, prezident İlham Əliyevin imzaladığı Azərbaycan dilçiliyini inkişaf etdirməyə dair Dövlət Proqramının yerinə yetirilməsi sahəsində son ilyarımda institutda xeyli iş görülüb: dil tarixinə dair yeni tədqiqatlar başlanıb, bir beynəlxalq simpozium keçirilib, "Naxçıvan dialektoloji atlası" çap edilib, transliterasiya lüğəti hazırlanıb, son illərdə dilimizə gəlmiş yeni alınma sözlərin izahlı lüğəti tərtib edilib, "qaynat xətt" istifadəyə hazır vəziyyətə gətirilib, monitorinqlərin aparılması sistemli xarakter alıb, elmi jurnallarımızın nəşri qaydaya düşüb və s. " Mən ömrünü Azərbaycan dilinin araşdırılmasına həsr etmiş bir tədqiqatçı və ana dilimizin təəssübkeşi kimi bu işləri davam etdirmək niyyətindəyəm".

"Bəs AMEA rəhbərliyi Sizin direktor kimi çalışmağınızı istəmirsə, onda necə olacaq" sualına T. Hacıyev belə cavab verib:

"AMEA rəhbərliyi ilə həmişə yaxşı münasibətlərimiz olub, layiqli bir elm adamı kimi tanıdığım Akif müəllim mənim bu vəzifəyə gəlməyim üçün çox təkid edib, bu müddətdə də həmişə apardığımız işlərə dəstək olub. Lakin görülən işlər məqbul sayılmazsa, işləməyim daha məsləhət bilinməzsə və akademiyanın Rəyasət Heyəti bununla bağlı qərar qəbul edərsə, mən buna nə deyə bilərəm ki? Mənim yaşmın elə vaxtıdır ki, vəzifə uğrunda mübarizə aparmaq çox gülünc görünərdi. Vəzifənin əsiri olmaq xırda adamların işidir, dəyərlərə sədaqət, mənəviyyat və əxlaq isə tamam başqa məsələdir".