Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

İki maşın toqquşdu - Sürücü öldü (Fotolar)

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

.
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, 10 NV 125 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin qarşı tərəfdən gələn, eyni markalı, 10 VC 957 dövlət nömrə nişanlı maşınla toqquşması nəticəsində birinci maşının sürücüsü Pənahov Faiq İsa oğlu hadisə yerində ölüb.

Digər avtomobilin sürücüsü Cəfərov Ruslan Xasay oğlu, sərnişinləri - 1990-cı il təvəllüdlü Qasımov Əkbər Bəylər oğlu və 1979-cu il təvəllüdlü Həsənov Niyaməddin Elxan oğlu isə xəsarət alıb.

Xəsarət alanlar Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) Bərdə MRX-na köçürülüblər. Onlardan Ə. Qasımovun vəziyyətinin ağır olduğu bildirilir.