Məsciddə bomba həyəcanı

Novosibirskdə Qurban bayramı münasibətilə mərasimin keçiriləcəyi məscidə bomba qoyulması xəbəri yayılıb.

Novosibirsk müftisi Əbdülhəmid Şakirzanovun məlumatına görə, məscidə bomba qoyulmasını göstərən bir neçə əlamət müşahidə olunub.
Polis məscidin yerlədiyi ərazidə əldə qayrılmış partlayıcı maddə aşkarlayıb. Buna görə də polis cümə günü keçiriləcək bayram mərasiminin təhlükəsizliyini qorumaq üçün ciddi tədbirlər həyata keçirir.

Sivil polislər həmin gün əhali arasında olacaq, həmcinin dini icmanın nümayəndələri də məsciddə nəzarəti həyata keçirəcəklər. Qeyd edək ki, bu məsciddə 5 minə yaxın insan bayramı qeyd edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az