Tərtər sakini minaya düşüb

Azərbaycan Daxili İşlər Nazirliyi Tərtər rayonunda vətəndaşın minaya düşməsi barədə məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 18.10 radələrində Tərtər rayonunun Qapanlı kəndi ərazisindəki otlaq sahəsində kənd sakini Elməddin Quliyev minaya düşüb.

Xəstəxanaya aparılan E. Quliyev yolda ölüb.

Sevinc
AzNews.az