Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Beyləqanda ağır qəza - Sürücü kanalda boğularaq öldü

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın ans-ə istinadən məlumatına görə, Füzulu rayon sakini, 1978-ci il təvəllüdlü İbişov Dünyagir Məcnun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil qəfil idarəetmədən çıxaraq Beyləqan-Daşburun yolunda su kanalına düşüb. Nəticədə sürücü kanalda boğularaq ölüb. Avtomobildə olan sərnişinlər 1985-ci il təvəllüdlü Bayramov Mərhəmət Səmərqənd oğlu və 1992-ci il təvəllüdlü Vəliyeva Sərcan Tofiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hələlik hadisənin dəqiq baş vermə səbəbləri məlum deyil.

Aparılan avtotexniki ekspertizadan sonra qəzanın hansı səbəbdən qeydə alındığı məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.