İki mütəşəkkil dəstə və altı cinayətkar qrup zərərsizləşdirilib İki mütəşəkkil dəstə və altı cinayətkar qrup zərərsizləşdirilib

Vilayət Eyvazov hesabat verdi

İki mütəşəkkil dəstə və altı cinayətkar qrup zərərsizləşdirilib



2012-ci ilin 10 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə (MM) təqdim etdiyi illik hesabatda bildirilir.

Məlumata görə, müvafiq dövrdə məcburi əməklə bağlı 2 fakt aşkar edilib. Həmçinin 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulub, beynəlxalq axtarışa verilən şəxslərdən 3-ü saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

İnsan alveri cinayətlərinə görə məhkəmələr tərəfindən 10 nəfər 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

AzNews.az