Saxlanılanların sayı dəqiqləşdirilir Saxlanılanların sayı dəqiqləşdirilir

İctimai Palatanın piketi dağıdıldı- YENİLƏNİB

Saxlanılanların sayı dəqiqləşdirilir



Aksiya iştirakçıları müxtəlif istiqamətlərdən MM-ə doğru irəliləmək istəsələr də, polis onların qarşısını alıb.

Aksiyaçılar ərazidən uzaqlaşdırılıb, bir neçə nəfər saxlanılıb. Bununla da, İP-in MM qarşısında piket keçirmək cəhdi baş tutmayıb. Saxlanılanların sayı dəqiqləşdirilir.

Qeyd edək ki, aksiya zamanı MM növbəti iclasını keçirib.

***
12:25

İctimai Palata razılaşdırılmamış piket keçirməyə cəhd göstərir. Ərazini nəzarətə götürmüş polis əməkdaşları isə aksiya iştirakçılarının MM-ə doğru irəliləməsinə imkan vermirlər.

Keçmiş Əzizbəyov heykəli yaxınlığında bir qrup şəxsin aksiya keçirmək üçün MM-ə doğru irəliləməsinin qarşısı alınıb. Bir neçə nəfər saxlanılıb, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

AzNews.az