Rusiyanın Smolensk vilayətində Böyük Vətən Müharibəsi zamanı vurulan döyüş təyyarəsinin qalıqları aşkarlanıb. Rusiyanın Smolensk vilayətində Böyük Vətən Müharibəsi zamanı vurulan döyüş təyyarəsinin qalıqları aşkarlanıb.

Azərbaycanlı pilotun cəsədi 70 il sonra tapıldı - FOTO

Rusiyanın Smolensk vilayətində Böyük Vətən Müharibəsi zamanı vurulan döyüş təyyarəsinin qalıqları aşkarlanıb.


Həmin müharibədə həlak olan insanların qalıqlarının tapılması ilə məşğul olan "Smerç" təşkilatının üzvləri "L-5" təyyarəsinin pilotu Əziz Əbdül oğlu İsrafilova aid sənədlər aşkar ediblər.

Həmin sənədlərdən aydın olur ki, Əziz İsrafilov azərbaycanlı pilot olub və 1921-ci ildə Bakıda anadan olub. Onun yaşayış ünvanını isə Bakıdakı Krupskaya küçəsi 21 (23) olduğu məlumdur.

"Smerç" təşkilatının üzvləri ehtimal edir ki, təyyarə 3 min metr yüksəklikdən yerə düşdüyü üçün onun göyərtəsində güclü yanğın olub və buna görə kabinədəki pilot Əziz İsrafilov yanaraq kül olub.

Hazırda onun qohumlarının axtarışı aparılır.



Modern.az