Sabah Bakıda intensiv yağış, rayonlarda qar yağacaq. Sabah Bakıda intensiv yağış, rayonlarda qar yağacaq.

Sabah yağış yağacaq

Sabah Bakıda intensiv yağış, rayonlarda qar yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə yanvarın 24-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.