Gənc pilotumuz, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Formula Gulf 1000" yarışında mübarizəsini uğurla başa vurub. Gənc pilotumuz, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Formula Gulf 1000" yarışında mübarizəsini uğurla başa vurub.

Azərbaycan pilotu qalib gəldi - FOTO

Gənc pilotumuz, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Formula Gulf 1000" yarışında mübarizəsini uğurla başa vurub.


AzNews.az F-1.az saytına istinadən xəbər verir ki, həmyerlimiz yarışa dünənki sərbəst yürüşlərdən qoşulmuş və ilk iki seansda 5-ci, 3-cü seansda isə 3-cü olmuşdu. Onun bu seriyada iştirak etməsinin səbəbi qarşıdakı mövsümdə mübarizə aparacağı "EuroFormula Open" seriyasına hazırlaşmaqdır.

Bu gün keçirilən hər iki yarış üçün vahid sıralama turu tətbiq edilib. Bu seansda 3-cü olan G.Abdullayev ilk yarışda bir qədər pis start alıb, lakin cəmi 10 dövrədən ibarət yarışda startdakı uğursuzluğa baxmayaraq 3-cü olub. Danimarkalı Kato Poulsen 1-ci, səudiyyə ərəbistanlı Maşur Bal Hacelia 2-ci olub.

İkinci yarışa isə möhtəşəm başlayan həmyerlimiz elə ilk döngədə liderliyi ələ alıb. Yarışın sonuna qədər üstünlüyünü qoruyaraq qalib gəlib. Səudiyyə Ərəbistanını təmsil edən Ömər Qazzaz 2-ci, Culio Peroni isə 3-cü olub.