Derbidə flaqman sevindi


Bu gün qadın voleybolçuların arasında keçirilmiş Super Liqanın V turunda derbi matçı oynalınıb. AzNews.az xəbər verir ki, prinsipial qarşılaşmada "Azərreyl" və "Rabitə" klubları qarşılaşıblar.

Mütəxəssislər bu görüşdə ölkə çempionunun qalib gələcəyini ehtimal etsələr də, mülahizə özünü doğrulmayıb. Çempionlar Liqasında qeyri-sabit çıxış edən "dəmiryolçular", daxili yarışda sevmədiyi rəqibini üstələyib.
Azərbaycan voleybolunun flaqmanı "Rabitə"yə cəmi bir set uduzub, qalan hissələrdə sevinən tərəf olub – 3:1 (25:21, 21:25, 25:19, 25:23).

Kamran Hacı
AzNews.az