Fransalı futbolçu Raymon Kopa ömrünün 86-cı ilində vəfat edib. Fransalı futbolçu Raymon Kopa ömrünün 86-cı ilində vəfat edib.

Fransalı futbolçu vəfat edib

Fransalı futbolçu Raymon Kopa ömrünün 86-cı ilində vəfat edib.

Frans-Press agentliyi bu barədə məlumatı idmançının doğmalarına istinadla yayıb.

Futbol karyerasına 1940-cı illərdə gənclərdən ibarət “Nö-le-min komandasında başlamış Raymon Kopa “Qızıl top” mükafatına layiq görülmüş (1958-ci il) ilk fransızdır.

AZƏRTAC “Euronews” agentliyinə istinadla bildirir ki, R.Kopa “Anjers” (1949-1951), “Stad de Reyms” (1951-1956), “Real Madrid” (1956-1959), “Stad de Reyms” (1959-1967) klublarında hücumçu mövqeyində oynayıb. 1952-1962-ci illərdə futbol üzrə Fransa milli yığma komandasında çıxış edib. 1967-ci ildə ayağını sındırmış idmançı bu hadisədən sonra karyerasını bitirməyə məcbur olub.

Raymon Kopa 1953, 1955, 1960 və 1962-ci illərdə Fransa çempionu, üç dəfə (1957, 1958 və 1959-cu illərdə) Avropa Çempionları Kubokunun sahibi olub, 1959-cu ildə Avropada iki nömrəli futbolçu kimi “Gümüş top” mükafatına layiq görülüb. 1970-ci il noyabrın 30-da Kopa “Fəxri Legion” ordeni ilə təltif edilmiş ilk futbolçu olub.