Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub. Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub.

Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub.

“Report”un məlumatına görə, XXVIII turun son matçında milli çempionatların daimi iştirakçıları - "Neftçi" ilə "Qarabağ" üz-üzə gəliblər.
"Bakcell Arena"da baş tutan oyunda çempionluğu təmin edən Ağdam təmsilçisi avrokuboklardan kənarda qalan paytaxt klubunu 2:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra "Qarabağ" xalını 62-yə çatdırıb. "Neftçi" isə 29 xalla mövsümü 7-ci pillədə başa vurub.
Qeyd edək ki, XXVIII turun ilk 3 oyununda Avropa Liqasına vəsiqə verən 4-cü pillənin sahibi müəyyənləşib. Səfərdə AZAL-a 3 cavabsız qolla qalib gələn "Zirə" avrokubokda iştirak etmək hüququna yeyələnib. Digər qarşılaşmalara gəlincə, "Sumqayıt" "Qəbələ"ni 2:1, "Kəpəz" isə "İnter"i 1:0 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 aprel

“Neftçi” – “Qarabağ” 1:2
Qollar: İqnasio Herrera, 89 - Dino Ndlovu, 47. Ruslan Abışov, 60 - öz qapısına.
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”
İlk üç dövrə - 0:3, 0:2, 1:1

AzNews.az