Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə məktub göndərdi

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən gözəl təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük tərəqqi və rifah arzu edirəm”.